2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanın səviyyəsi məqsədli göstəricidən aşağı olacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.
“2018-ci ilin 7 ayının yekunları üzrə orta illik inflyasiya 2,8% təşkil edib. İlin yekunları üzrə inflyasiyanın məqsədli göstəricidən aşağı olacağı gözlənilir", - deyə E.Rüstəmov bu gün Bakıda "Azərbaycan Rəqabətlilik Forumu 2018”də bildirib.
O əlavə edib ki, AMB cari ilin yekunları üzrə tədiyə balansının profisitini proqnozlaşdırır.
AMB sədri vurğulayıb ki, bank milli valyutada qiymətli kağızların buraxılışını dəstəkləyir, bu, "Azərbaycanın maliyyə bazarını dirçəltməyə kömək edəcək.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.*
B.Rüstəmbəyov