AzərbaycanRespublikasınınbaş nazirin birinci müavini Yaqub Eyyubov xarici tərəfdaşları ölkə iqtisadiyyatına sərmayə yatırmağa çağırıb.
“Tərəfdaşlarımızı Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa çağırıram. Nüfuzlu beynəlxalq maliyyə təşkilatları - Dünya Bankı və Beynəlxalq Valyuta Fondu gələcək illərdə Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır”, - Y.Eyyubov bu gün Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”-də bildirib.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumununaçıqladığı "Qlobal RəqabətQabiliyyəti 2017-2018" hesabatında Azərbaycan iqtisadiyyatırəqabətqabiliyyətinə görə 35-ci yerdədir və MDB dövlətləri arasında bu göstərici üzrə liderdir.
Y.Eyyubov vurğulayıb ki, son 15 il əzrində (2003-2017-ci illər) Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, həmçinin hüquqi şəxslərin sayı 1,9 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb. Qeyri-neft sektorunda məşğulluğun xüsusi çəkisi 2003-cü ildə 68%-dən 2018-ci ildə 73%-dək artıb.
Baş nazirin birinci müavini əlavə edib ki, son illər ərzində Azərbaycan hökuməti sərmayələrin təşviqi məqsədilə kompleks islahatlar həyata keçirib. **
F.İsazadə