ABŞ dövlət katibi köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə baş müavini Brayan Makfiters Azərbaycana səfərə gəlib.
“B.Makfiters “Azərbaycan Rəqabətlilik Forumu 2018″də iştirak etmək üçün Bakıya səfərə gəlib”, - “İnterfaks-Azərbaycan” agentliyinə ABŞ-ın səfirliyindən məlumat verilir.
Səfər zamanı B.Makfiters Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. **