Dövlət Gömrük Komitəsinin əməkdaşları Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin yanacaq çənində 6 mindən artıq pirotexniki vasitə aşkar ediblər.
“Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21214" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib”, - DGK-dən qeyd ediblər.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. “Lakin yoxlama nəticəsində, avtomobilin yanacaqçəninin içərisində 360 ədəd "Sterminator" markalı fişəng, 5,7 min ədəd "Cock Crowinq At Dawn" markalı pirotexniki vasitə aşkar edilib”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov