İdlibdə vəziyyətin həlli Türkiyənin və bütovlükdə Yaxın Şərq regionunun təhlükəsizliyinin təmin olunması üçün lazımdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İdlib təkcə Suriyanın gələcəyi üçün deyil, həm də ölkəmizdə, eləcə də regionda və dünyada təhlükəsizliyin təmin olunması üçün mühüm amil hesab edilir”, - deyə o, Tehranda Astana formatında keçirilən sammitdə bildirib.
"Bu baxımdan bizim səylərimiz sayəsində ölkəmiz təhlükəsizliyimizi təmin edir", - deyə R.T.Ərdoğan vurğulayıb.*