Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə 3,8 mln. manat ayırmağı tapşırıb.
İ.ƏIiyevin müvafiq sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub.
Avtomobil yolu on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq. **
B.Rüstəmbəyov