ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevdeyib.
“İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub ki, bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”, - Ş.Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüş zamanı bildirib. Bu barədə nazirlikdən məlumat verilir.
Nazirin qeyd etdiyi kimi, hazırda Azərbaycanda 240 ABŞ şirkəti fəaliyyət göstərir.
“Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-iyun aylarında ölkələrmiz arasında ticarət dövriyyəsi 476,1 mln. dollar təşkil eib”, - o vurğulayıb.
Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Ş.Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, sənaye, əczaçılıq, kənd təsərrüfatı, ticarət, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Nazir ABŞ şirkətlərini Azərbaycanda sənaye zonalarına investisiya yatırması imkanlarını diqqətə çatdırılıb. B.Makfiters öz növbəsində qeyd edib ki, ABŞ şirkətləri Azərbaycanda digər sahələrlə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və s. sahələrində də əməkdaşlığın genişləndirlməsində maraqlıdırlar. **