Azərbaycanda 2018-2019-cu tədris ilində birinci sinifdə təhsil alacaq şagirdlərin sayı 165 mini ötəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilir.
“Yeni tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 mln. 592,317 min şagirdin təhsil alacağı proqnozlaşdırılır.Onlardan 165,780 min şagird birinci sinifdə təhsil alacaq”, - nazirlikdən qeyd ediblər.
Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.
“Cari ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək”, - nazirlikdəın əlavə ediblər. **
B.Rüstəmbəyov