Rusiya Federasiyasının prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək. Bu barədə RF Dövlət Dumasının MDB, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov məlumat verib.
“Sentyabrın 25-də prezidentlər İlham Əliyev və Vladimir Putin arasında keçiriləcək işgüzar görüşdə tərəflər sentyabrın 1-də baş tutmuş Soçi görüşündə razılaşdırılmış və yarımçıq qalmış məsələlər üzərində işləyəcklər", - deyə o, bu gün Bakı-Moskva videokörpüsündə bildirib.*
F.İsazadə