Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 76 hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib.
“Monitorinqlər nəticəsində 76 hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib, 78 halla bağlı isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə tətbiq olunub”, - ƏMDK-nin məlumatında deyilir.
O cümlədən, Komitə tərəfindən məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanılıb.
Qeyd olunur ki, belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. **
B.Rüstəmbəyov