Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 2 mlrd. 270 mln. 963,9 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-avqust aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 mlrd. 707 mln. 965,31 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə köçürmələr 32,9% artıb.
2018-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 549 mln. 43,9 min manat, aksizlər üzrə 113 mln. 552,7 min manat, yol vergisi üzrə 24 mln. 312,2 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 584 mln. 55,1 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 215 mln. manat məbləğində müəyyən edilib.*
N.Abbasova