“SOCAR AQŞ” MMC “Qərbi Abşeron” yatağında yeni quyuda qazma işlərini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilir.
63 saylı quyu 10 saylı stasionar dəniz özülündən qazılıb. Quyunun layihə dərinliyi 724 metr təşkil edir. Quyu Qırmaki Dəsti-3 (QD-3) horizontuna qazılıb.
Qazma işlərinin sifarişçisi qismində SOCAR-ın (ARDNŞ) “Azneft” İB çıxış edib.
“Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. ton neft hıcmində qiymətləndirilir. **
N.Abbasova