Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekert bu gün etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
“Tərəflər Azərbaycanla Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Səfir Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
Nazir E.Məmmədyarov səfirə fəaliyyətində uğurlar arzulayıb.*
F.İsazadə