2018-ci ilin avqust ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 774 min barel (iyulda 773 min barel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Azərbaycanda avqust ayı ərzində gündəlik neft hasilatı 774 min barel olub. Bunun 716 min barelini xam neft, 58 min barelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Gündəlik 641 min barel xam neft, 58 min barel kondensat, 19 min barel isə neft məhsulları ixrac edilib.
Bütövlükdə, Azərbaycan OPEK+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəliyi avqust ayında yerinə yetirib.
Razılaşmaya əsasən, Azərbaycan gündəlik neft hasilatının 35 min barelə endirilərək 834 min barel həcmində saxlanması ilə bağlı öhdəlik götürüb. 2017-ci ildə respublika üzrə gündəlik neft hasilatı 781,9 min barel olub.
Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında isə 773 min barel olub.
Gündəlik 641 min barel xam neft, 58 min barel kondensat, 19 min barel isə neft məhsulları ixrac edilib.*
N.Abbasova