“Bakı Beynəlxalq Dəniz TicarətLimanı” QSC Bakıdan Ələt qəsəbəsinə (paytaxtın mərkəzindən 70 km aralıda) və əks istiqamətdə limanın işçiləri və sərnişinlərin daşınması üçün nəqliyyat şirkəti seçir. Bu barədə QSC-nin elanında deyilir.
Şirkət seçimi açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı 500 manatdır.
Seçimdə iştirak razusunda olan şirkətlər təkliflərini oktyabrın 18-də saat 17:00-dək təqdim etməlidir. Tender proseduru oktyabrın 19-da baş tutacaq. **
N.Abbasova