Cari ilin sonunadək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdindəilk “DOST” mərkəzinin açılışı Bakının Yasamal rayonunda olacaq. Bunu əmək və əhalinin sossial müdafiəsi naziri Sahil Babayev deyib.
“2018-ci ilin sonuna kimi Bakının Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılışı planlaşdırılır. Mərkəz Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət edəcək”, - S.Babayev “DOST” mərkəzlərinin açılışına həsr olunan iclasda bildirib.
Nazir məlumat verib ki, sentyabr ayı ərzində “DOST” Agentlyi və onun mərkəzlərinin fəaliyətinin təminatı məqsədilə bir sıra normativ-hüquqi sənədlərin layihəsi və müvafiq təkliflər üzərində iş başa çatacaq.
O qeyd edib ki, “DOST” mərkəzlərində 126 növ xidmət göstəriləcək və hazırda onların pasportlaşdırılması işləri həyata keçirilir.
Bundan əlavə, nazirin sözlərinə görə, həmin mərkəzlərdə xidmətlərin göstərilməsi zamanı tələb olunan sənədlərin minimuma çatdırlması məqsədilə müvafiq qanunvericilik aktlarına dəyişikliklərin daxil olunmasına dair təkliflər hazırlanır. **
N.Abbasova