Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov Misir nümayəndə heyəti ilə Bakı-Şarm əş-Şeyx birbaşa aviareysinin açılışını müzakirə edib.
Misir nümayəndə heyətinə “Ərəb Dəniz Gəmiçilik Palataları Federasiyası”nın prezidenti, “Kadmar Turizm” şirkətlər qrupunun prezidenti, “İskəndəriyyə İş Adamları” assosiasiyasının davamlı inkişaf komitəsinin sədri, kontr-admiral Hatem Əlqadi, eləcə də Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elayd və Misir səfirliyinin müvəqqəti işlər vəkili Hossam Başari daxildir.
“Görüşdə həmsöhətlər iki ölkə arasında turizm əlaqələrinin inkişafı, o cümlədən turist mübadiləsinin artırılması, turizm şirkətləri və müvafiq qurumlar arasında əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər. Həmçinin, Bakı-Şarm əş-Şeyx birbaşa aviareysinin qarşılıqlı turist axınına töhfəsi qeyd olunub”, - AZTA-nın məlumatında deyilir. **
F.İsazadə