“Caspian–STR” MMC Bakının Suraxanı zavodunda keçmiş Yod-Brom Zavodunun lay suları ilə çirklənən ərazisinin landşaftının sağlamlaşdırılması və bərpası üzrə işlər həyata keçirəcək.
İşlərin sifarişçisi qismində “AzərbaycanYaşıllaşdırma və Landşaft Quruluşu” ASC çıxış edir.
Tərəflər arasında imzalanan müqaviləninn dəyəri 4 mln. 451 min 319,56 manat təşkil edir.
“AzərbaycanYaşıllaşdırma və Landşaft Quruluşu” ASC 13 iyun 2008-ci il tarixində yaradılıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxildir. **
N.Abbasova