Rumıniyanın “Grampet Group” şirkəti “TransxəzərBeynəlxalqNəqliyyat Marşrutu”na (TBNM)qoşulur. Bu barədə şirkətdən məlumat verilir.
“TBNM-yə qoşulma Rumıniyanı Avropa və Asiya üçün logistika platformasına çevirə bilər. Bununla 100 minə yaxın yeni iş yeri yaradılacaq və dövlət büdcəsinə 1 mlrd. avrodan artıq vəsait daxil olacaq”, - məlumatda “Grampet Group”un prezidenti Qruya Stoykanın sözlərindən sitat gətirilir.
Məlumata görə, “TransxəzərBeynəlxalqNəqliyyat Marşrutu”na qoşulma Rumıniya və qonşu dövlətlərə intermodal daşımaların inkişafına təkan verəcək.
“Grampet Group”un TBMN-yə qoşulması Çin-Avropa İttifaqı marşrutunun yaradılmasını başa çatdırır. “Grampet Group”a daxil olan dəmir yolu operatorları sayəsində bu dəhliz 5 Avropa ölkəsi - Rumıniya, Macarıstan, Bolqarıstan, Xorvatiya və Avstriyaya çıxış əldə edəcək”, - Rumıniyanın “Grup Feroviar Roman” ən iri özəl dəmir yolu operatorunun baş direktroru Sorin Çinde bəyan edib.
“Grampet Group” 20 min vaqon və 400 lokomotivdən ibarət parkın sahibi və idarəçisidir. Qrupa 16 şirkət daxildir.
TBNM Xəzər regionu dövlətlərinin tranzit potensialının artırılması və inkişafı məqsədilə təşəbbüs olunan layihədir. Bu marşrut Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanır. TBNM-nin iştirakçılarının birgə fəaliyyəti nəticəsində Nomad Express konteyner xidməti yaradılıb. Artıq Çindən Azərbaycan, Gürcüstan və Türkiyəyə pilot konteyner qatarları işləyir. **
N.Abbasova