Çərşənbə axşamı Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasında yanğın baş verib, Yanğın zamanı baxçada olan azyaşlılar təxliyə olunub. Bu barədə FHN-dən məlumat verilir.
“Uşaq bağçasının ümumi sahəsi 430 m2təşkil edir. Uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 m2sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub”, - məlumatda deyilir. Yanğın zamanı baxçada olan azyaşlılar təxliyə olunub.
“Xəsarət alan olmamışdır. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - FHN-dən qeyd ediblər. **
N.Abbasova