“Turan” qazma və mühəndislik şirkətinin nizamnamə kapitalı 306,122 min avro təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Turan” qazma və mühəndislik şirkəti «SOCAR-AQS» MMC və “KCA Deutag” beynəlxalq qazma şirkətinin təsis etdiyi birgə müəssisədir.
"Vergilər Nazirliyi 2018-ci il iyulun 25-də birgə müəssisəni 306,122 min avro məbləğində nizamnamə kapitaklı ilə qeydiyyata alıb", - deyə məlumatda bildirilir.
Müəssisənin Müşahidə Şurası 6 nəfərdən ibarətdir, rəsmi nümayəndəsi Robert Petriedir.
Birgə müəssisə Bakı şəhərində fəaliyyət göstərəcək və Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz quyularının qazılması və injinirinqi üzrə xidmətlər göstərəcək.*
A.Əzizov