Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AİKZF) daşınmaz əmlak bazarında tələbin öyrənilməsi məqsədilə ictimai sorğu keçirir.
Bunun üçün fond sorğu keçirəcək şirkət seçir. Seçim təklif sorğusu metodu ilə keçirilir.
Şərtlərə görə, sorğu 3 ay ərzində keçirilməlidir.
Sorğu çərçivəsində təkliflər oktyabrın 11-dək qəbul olunur. Təkliflər oktyabrın 12-də qiymətləndiriləcək.
Sorğuda iştirak haqqı 50 manatdır.*
A.Əzizov