Sentyabrın 13-də İsrailin müdafiə naziri Aviqdor Liberman Azərbaycana səfərə gələcək.
"Sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub”, - deyə Müdafiə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.*
A.Əzizov