İqtisadiyyat naziri Şahin Mustafayev yaxın iki ilə ərzində Gəncə Avtomobil Zavodunda “Tatra” markalı yük avtomobillərinin yığılmasını mümkün hesab edir.
Xəbər verildiyi kiimi, 2017-ci ilin dekabr ayında Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə “Tatra” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
“Yaxın iki il ərzində Gəncədə “Tatra” markalı yük avtomobillərinin yığılmasını gözləıyirik”, - Ş.Mustafayev bu gün jurnalistlərə deyib.
Azərbaycanda müxtəlif növ “Tatra” markalı yük avtomobillərinin istehsalı planlaşdırılır. **
F.İsazadə