Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyətli bəyanatları ilə hər vasitə ilə Dağliq Qarabağ münaqişəsinə dair danışıqlar prosesini pozmağa çalışır.
Dövlət başçısının saytında verilən məlumata görə, bu barədə İ.Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə bildirib.
“Görüş zamanı müzakirə olunan əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olub. İ.Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur”, - məlumatda deyilir.
İ.Əliyev bəyan edib ki, baş nazirin xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bundan başqa, prezident Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da qətiyyətlə rədd edir. Bununla əlaqədar prezident ATƏT-i “bu təhlükəli bəyanatlara” reaksiya verməyə çağırır.
“İ.Əliyev vurğulaylb ki, ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”, - məlumatda qeyd olunur.
O cümlədən, İ.Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
“Azərbaycan prezidenti və ATƏT-in baş katibi regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələləri müzakirə ediblər”, - məlumatda bildirilir. ətrafında fikir mübadiləsi aparılıb. **
A.Əzizov