SOCAR istiqrazlarının təkrar bazarda əməliyyat həcmi $160 mln.-u ötüb. Bu barədə “SOCAR Capital”ın məlumatında deyilir.
“SOCAR istiqrazlarının marketmeykeri olan “PSG Kapital” investisiya şirkətindən verilən məlumata əsasən, bu günədək SOCAR istiqrazlarının təkrar bazarda əməliyyat həcmi $160 mln.-u ötüb”, - deyə məlumatda bildirilir.
Həmçinin SOCAR istiqrazları ilə REPO əməliyyatları bazarında da fəallıq müşahidə olunub. SOCAR istiqrazlarının sahibləri REPO əməliyyatları ilə qiymətli kağızlar bazarında $28 mln. cəlb edib.
SOCAR istiqazlarının illik gəliri 5%, faiz ödənişi isə hər 3 aydan birdir.*
B.Rüstəmbəyov