OPEC 2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı həcminin 0,01 mln. barrel - 0,79 mln. barrelə qədər azalmasını proqnozlaşdırır. Bu barədə kartelin neft bazarına dair sentyabr ayı üçün hesabatında deyilir.
“2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatının həcmi 0,01 mln. barrel - 0,79 mln. barrelə qədər azalacaq”, - sənəddə qeyd olunur.
OPEC-in proqnozlarına görə, 2019-cu ildə Azərbaycanda gendəlik neft hasilatı daha 0,02 mln. barrel - 0,77 mln. barrelədək azalacaq.
Energetika Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə respublika üzrə gündəlik neft hasilatı 781,9 min barrel olub.
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda orta gündəlik neft hasilatı 792,5 min barrel təşkil edib. **
N.Abbasova