Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüşün sentyabrın son həftəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılır. Bu barədə ATƏT-in baş katibi Tomas Qreminger məlumat verib.
“Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün sentyabrın son həftəsində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır”, - deyə o, bu gün Bakıda jurnalistlərə bildirib.
Baş katib qeyd edib ki, münaqişənin həll olunması üçün bütün siyasi qüvvələrin səy göstərməsi lazımdır. “Ümid edirəm ki, ATƏT-in Minsk qrupu da bu məsələdə əlindən gələn hər şeyi edəcək”, - deyə o əlavə edib.*
F.İsazadə