2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan 19 mln. 934,911 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin yanvar-avqust aylarında Azərbaycandan ixrac olunmuş $10 mlrd. 493 mln. 533,73 min dəyərində neftin bəyan edilmiş həcmi 19 mln. 934,911 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-avqust aylarında ixrac edilmiş $5 mlrd. 85 mln. 538,13 min məbləğində neftin bəyan edilmiş həcmi 13 mln. 270,401 min ton təşkil edib. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 50,2%, pul ifadəsində 2,1 dəfə artıb. **
N.Abbasova