2018-ci ilin yanvar-avqust aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 4 mlrd. 631 mln. 59,99 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-avqust aylarında Azərbaycandan $877 mln. 666,17 min məbləğində 4 mlrd. 631 mln. 59,99 min kubmetr bəyan olunmuş qaz ixrac edilib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycandan $926 mln. 776,92 min məbləğində bəyan olunmuş qazın ixracı 5 mlrd. 182 mln. 571,64 min kubmetr təşkil edib. Beləliklə, cari ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 10,7%, dəyər ifadəsində 5,3% azalıb.*
N.Abbasova