Prezident İlham Əliyev Oğuz rayonunda avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,4 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolu 4 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Sözügedən məbləğ Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən ayrılacaq.
Müvafiq sərəncam sentyabrın 12-də dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə