2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan 1 mlrd. 264 mln. 401,21 min kVt/saat elektrik enerjisi ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 55,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin yanvar-avqust aylarında Azərbaycandan $59 mln. 586,32 min dəyərində 1 mlrd. 264 mln. 401,21 min kVt/saat elektrik enerjisi ixrac olunub”, - deyə məlumatda bildirilir.
2017-ci ilin 8 ayı ərzində Azərbaycan $36 mln. 232,16 min məbləğində 812 mln. 338,69 min kVt/saat elektrik enerjisi ixrac edib.
Beləliklə, 2018-ci ilin yanvar-avqust aylarında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 55,6%, dəyər ifadəsində 64,4% artıb.
“Hazırda Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan $50 mln. 968,96 min dəyərində 1 mlrd. 160 mln. 196,03 min kVt/saat elektrik enerjisi ixrac edib.*
N.Abbasova