2018-ci ilin yanvar-avqust aylarında Azərbaycandan neft məhsullarının bəyan olunmuş ixrac həcmi 772,696 min ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-avqust aylarında Azərbaycandan $392,169 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 772,696 min ton təşkil edib”, - Komitədən qeyd ediblər.
2017-ci ilin yanvar-avqust ayları ərzində ölkədən $224,906 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 583,653 min ton təşkil edib. Beləliklə, cari ilin 6 ayı ərzində ixrac həcmi say ifadəsində 32,4%, dəyər ifadəsində 74,4% artıb.
2017-ci ildə Azərbaycandan $339,159 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 835,452 min ton təşkil edib. **
N.Abbasova