2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan ərzaq idaxlını 0,8% - $874 mln. 144,66 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Ərzaq idxalı strukturunda əsas həcm $130 mln. 955,79 min məbləğində buğdanın - 730,99 min ton (artım 20,2%), meyvə-tərəvəz məhsullarının - $103 mln. 134,72 min məbləğində 187,206 min ton (artım 1,5%), ətin - $43 mln. 660,67 min məbləğində 30,186 min ton (artım 6,8%), bitki və heyvan mənşəli yağların - $96 mln. 115,25 min məbləğində 103,821 min ton (artım 8,9%) payına düşüb.
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana $47 mln. 69,05 min məbləğində kərə yağı idxalı 8 min 18,24 ton (azalma 22,1%) təşkil edib.
Ümumilikdə, yanvar-avqust ayları ərzində Azərbaycana bütün idaxlın 12,74%-i ərzaq məhsullarının payına düşüb. **
N.Abbasova