Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Belarusun təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Andrey Xudık bu gün 2018-2019-cu illəri əhatə edəcək Azərbaycan və Belarus arasında ekoloji və ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair “yol xəritəsi” proqramı imzalayıblar.
“Belarus ətraf mühitin qorunması sahəsində çox sayda işlər var, paylaşacağı təcrübəyə malikdir. Azərbaycanda da bizim üşün vacib işləri var. Mineral-xammal bazasının inkişafı Belarus üçün prioritet təşkil edir. Azərbaycan isə neft hasil edən ölkədir, orada geologiya inkişaf edib. Bu istiqamətdə sıx əməkdaşlıq etmək, onların təcrübəsini öyrənmək və bu məsələni yeni səviyyəyə çatdırmaq niyyətindəyik. Bilavasitə mineral-xammal bazası məsələləri ilə məşğul olan təşkilatlarımızın nümayəndələrinin görüşü planlaşdırılır”, - BELTA agentliyi A.Xudıkın sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, Azərbaycanda hidrometeorologiya lazımi səviyyədə təşkil olunmayıb, proqnozların yüksək səviyyədə qoğruluğu təmin edilib. “Bizi həmçinin təbiəti mühafizə qanunvericiliyinə dair bir sıra məsələlər maraqlandırıb. Bundan əlavə, Azərbaycan tərəfi Avropa zubrunun alınması və onun yayılması məsələsini öyrənmək istədiyini bildirib”, - Belarus naziri qeyd edib.
Öz növbəsində, Azərbaycan təbiəti mühafizə sahəsində Belarusun təcrübəsində maraqlıdır. “Bu gün imzalanan sənəd - 2018-2019-cu illərdə məşğul olacağımız “yol xəritəsi”dir. Bu, məlumat, mütəxəssis mübadiləsidir, biomüxtəlifliyin qorunubsaxlanılması sahəsində çox iş görmək, birgə layihələr reallaşdırmaq niyyətindəyik. Daha sonra birgə fəaliyyətə dair ətraflı plan tərtib edəcəyik”, - M.Babayev bildirib.
Belarusa səfər çərçivəsində M.Babayev təbiəti mühafizə fəaliyyəti ilə məşğul olan dövlət idarəsi, tullantıların idarə olunmasının tənzimlənməsi ilə bağlı təcrübə və xüsusi mühfizə ediən təbiət ərazilərinin inkişaf sistemi, meşə təsərrüfatı təşkili və aparılması ilə əlaqədar tədbirlərlə tanış olacaq. Səfərin proqramına “Trostenetskiy” bərk kommunal tullantılar poliqonunda zibil emalı ayırma zavodu və “Belovejskaya puşa” milli parkının ziyarəti daxildir. **
A.Əzizov