“Buta Airways” loukosterinin (AZAL QSC-nin struktur bölməsi) təyyarə parkına yaxın vaxtlarda Braziliya istehsalı olan iki yeni “Embraer 190” təyyarəsi əlavə olunacaq. Bu barədə aviaşirkətin direktoru Nazim Səmədov məlumat verib.
“Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açıb. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190” təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək”, - deyə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında bildirilir.
N.Səmədovun sözlərinə görə, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olub.*
N.Abbasova