Ticarət-iqtisadi əməkdaşlığa dair Azərbaycan-ArgentinaHökumətlərarası İşçi Qrupunun ikinci iclası 2019-cu ildə Bakıda keçiriləcək. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilir.
Azərbaycanın xariciişlərnazirininmüaviniXələfXələfov və Argentinanın xarici işlər və etiqad nazirinin müavini Gilyermo Raimondi arasında 11-12sentyabr tarixindəBuenos-Ayresdə XİN-lərarası 4-cü siyasi məsləhətləşmələr keçirilib.
“Həmsöhbətlər iqtisadi əməkdaşlığın vacibliyini bildiriblər, Hökumətlərarası İşçi Qrupunun növbəti iclasının 2019-cu ildə Bakıda keçirilməsi barəsində niyyət ifadə ediblər”, - məlumatda deyilir.
G.Raimondi Argentinanın Azərbaycanla əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb.
“Xüsusilə, G.Raimondi iqtisadiyyat sahəsində əməkdaşlığın mühüm potensialını qeyd edib”, - məlumatda vurğulanır.
Eyni zamanda, tərəflər qeyd ediblər ki, hazırda göstərilən səylər nəticəsində ticarət dövriyyəsində müəyyən artım dinamikasının müşahidə edilir.
“Nəqliyyat, energetika, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, mədəniyyət və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - məlumatda deyilir.
Hökumətlərarası İşçi Qrupunun birinci iclası 2014-cü ilin noyabr ayında Buenos-Ayresdə keçirilib. **
F.İsazadə