2019-cu ildə “Azərbaycan Hava Yolları” (AZAL, “AZAL” QSC-nin strukturuna daxildir) aviaşirkətinin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq. Bu barədə aviaşirkətin direktoru Cəmil Manizadə məlumat verib.
“Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək”, – deyə “AZAL” QSC-nin mətbuat xidmətinin məlumatında C.Manizadəyə istinadən bildirilir.
O qeyd edib ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğruldub və Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb.*
N.Abbasova