Azərbaycan rezidenti İlham Əliyev tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası məqsədi ilə “Azərsu” ASC-yə 5 mln. manat ayırmağı tapşırıb.
Vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Cümə axşamı dövlət başçısının saytında Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında İ.Əliyevin sərəncamı dərc olunub. **
F.İsazadə