Asiya İnkişaf Bankı (AİB) 2019-cu ilin I yarısında Azərbaycan üzrə 2019-2023-cü illəri əhatə edən yeni strategiyanın hazırlanmasını başa çatdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
AİB-in Azərbaycan üzrə qüvvədə olan 5 illik strategiyasının müddəti 2018-ci ilin sonunda başa çatır.
"2019-2023-cü illəri əhatə edən yeni strategiyanın hazırlanması üzərində işlər gələn ilin I yarısında başa çatacaq", - deyə məlumatda bildirilir.
Yeni strategiyanın əsas məqsədləri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və insan kapitalının inkişafından ibarət olacaq.*
A.Əzizov