Amerikanın “Itron Inc.” şirkəti SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə 70 ədəd smart kart tipliqaz sayğacı tədarük edəcək. Bu barədə “Itron”dan məlumat verilir.
“Itron Inc.” və “Azəriqaz” arasında öncə ödəniş ilə Azərbaycana 70 ədəd qaz sayğacının tədarükünə dair müqavilə imzalanıb. Bu, 10 illik əməkdaşlıq müddətindən sonra imzalanan yeni müqavilədir. Sənəd çərçivəsində Azərbaycanda "Itron" intellektual ödəniş proqram təminatı tətbiq olunub, öncə ödənişlə 1,3 mln.-dan artıq sayğac tədarük olunub”, - məlumatda deyilir.
Yeni müqaviləyə smartfonlarla yaxın əlaqə modulu, smart kart və müştərilərə xidmətin yaxşılaşdırılması üçün məlumatların yüksək səviyyədə detallaşdırılması ilə təchiz olunan “Gallus Pay” sayğaclarının tədarükü daxildir.
“Həmin sayğaclar sayəsində venqinq üçün çox sayda imkanlar meydana gələcək ki, onlar istehlakçılara qaza görə ödənişi daha çevik və rahat şəkildə həyata keçirməyə imkan verəcək. Biz, əməliyyatlarımızın optimallaşdırılması və bütün öldə üzrə abonentlərin qazdan etibarlı çıxışını təmin etmək məqsədilə "Itron" ilə əməkdaşlıqdan məmnunuq”, - məlumatda “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyevin sözlərindən sitat gətirilir.
"Itron" dünyanın 100-dən artıq ölkəsində təxminən 8 min kommunal müəssisəyə dəstək göstərir. **
N.Abbasova