2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana $178 mln. 988,82 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«Cari ilin yanvar-avqust aylarında respublikaya $178 mln. 988,82 min dəyərində 9 min 426,21 ton əczaçılıq məhsulu idxal edilib», - deyə məlumatda bildirilir.
В январе-августе 2017 года в страну было импортировано 7 тыс. 153,93 тонн фармацевтической продукции на $123 млн 431,53.
2017-ci ilin yanvar-avqust aylarında Azərbaycana $123 mln. 431,53 dəyərində 7 min 153,93 ton əczaçılıq məhsulu gətirilib.
Beləliklə, cari ilin 8 ayı ərzində ölkəyə sözügedən məhsulların idxalı miqdar ifadəsində 31,7%, dəyər ifadəsində 45% artıb.
2017-ci ildə Azərbaycana $249 mln. 15,83 min dəyərində 15,65 min ton əczaçılıq məhsulu idxal olunub.**
N.Abbasova