“Dövlət Aqrar Ticarət Şirkəti” MMC fermerlər üçün məhsulların satışı üçün yeni kanallar yaratmağı planlaşdırır. Bunu şirkətin direktoru Leyla Məmmədova bu gün jurnalistlərə bildirib.
“Oktyabr ayında Bakıda ilk mağazamızın açılışı olacaq. Burada yerli fermerlərin məhsulları təqdim ediləcək. İlin sonuna kimi Bakı və ətraf qəsəbələrdə daha bir neçə mağazanın açılışı planlaşdırılır”, - L.Məmmədova qeyd edib.
Onun sözlərinə görə, Bakıda daimi kənd təsərrüfatı yarmarkanın açılışı nəzərdə tutulur. “Bu yarmarkanın fərqli cəhəti daimi dislokasiya, həmçinin tematik satışların həyata keçirilməsi olacaq”, - L.Məmmədova vurğulayıb. **
B.Rüstəmbəyov