Bakı və Ankara iqtisadi əməkdaşlığı genişləndirir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır”, - İ.Əliyev Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda bildirib.
Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur.
“Azərbaycanın Türkiyəyə qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır”, - preizdent bildirib.
İ.Əliyevin sözlərinə görə, təkcə bu il prezident Rəcəb Tayyib Ərdoğanla altı görüşü baş tutub.
Azərbaycan prezidenti qeyd edib ki, Bakı və Ankaranın təşəbbüsü ilə ereallaşdırılan irimiqyaslı infrastruk layihələr beynəlxalq yük daşımaların həcmini artırmağa imkan yaradır. “Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bu layihələr böyük maliyyə resursları, böyük siyasi iradə tələb edir”, - İ.Əiiyev deyib.
Həmçinin dövlət başçısı Azərbaycanla Türkiyə arasında hərbi sahədə uğurlu əməkdaşləığı qeyd edib. “İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir”, - o vurğulayıb.
İ.Əliyev bildirib ki, Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz.“Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir”, - prezident bəyan edib. **