Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanmasıüzrə tenderin qaliblərini seçib. Bu barədə AMB-dan məlumat verilir.
“AMB əsas vəsaitləri, nağd pulu və nəqliyyat vasitələrini sığortalayacaq şirkətləri müəyyən edib”, - bankın nümayəndəsi deyib.
Tenderin nəticələrinə əsasən, əsas vəsaitlərin və nağd pulun sığortası üzrə “PAŞA Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə “AXA Mbask” ASC qalib elan edilib.
Tenderin şərtlərinə görə, AMB-yə əmlak və nağd pulların sığortası üzrə xidmətlərin göstərilməsinə 2018-ci il noyabrın 1-dən başlanacaq. Müqavilələr 12 ay müddətinə nəzərdə tutulub. Avtomobillərin sığortası üzrə xidmətlər 2019-cu il yanvarın 25-dən göstəriləcək. Müqavilə 12 ay müddətinə bağlanılıb.
Hazırda , əsas vəsaitlərin və nağd pulun sığortası üzrə “PAŞA Sığorta”, nəqliyyat vasitələrinin sığortası üzrə isə “AXA Mbask” AMB-yə xidmət göstərir. **
A.Əzizov