2018-ci ilin I yarısında Azərbaycandan qeyri-neft məhsullarının ixrac həcmi $813,5 mln. təşkil edib ki, bu da ötən ilin göstəricisindən 14% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
"Tədiyə balansına əsasən, 2018-ci ilin I yarısında qeyri-neft sektoru üzrə ixracın həcmi $813,5 mln. təşkil edib və 2017-ci illə müqayisədə 14% artıb", - deyə məlumatda bildirilir.
Eyni zamanda, I rübdə qeyri-neft məhsullarının ixrac həcmi $337,7 mln., II rübdə - $475,8 mln. təşkil edib.
Cari ilin yanvar-iyun aylarında Azərbaycan $9,9 mlrd. dəyərində məhsul ixrac edib. Beləliklə, qeyri-neft ixracının həcmi 8,1% təşkil edib.
Azərbaycan 2017-ci ildə qeyri-neft məhsullarının ixrac həcmini 27% - $1,5 mlrd.-dək artırıb.**
A.Əzizov