2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan kapitalın repatriasiyasının (çıxarılma) həcmi $1 mlrd. 713 mln. təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankın dərc etidiy tədiyə balansının məlumatında qeyd olunur.
“Cari ilin birinci yarısı ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi 2017-ci ilin yanvar-iyun aylarında $1 mlrd. 430,8 mln.-a qarşı $1 mlrd. 713 mln. təşkil edib”, - məlumatda deyilir.
Beləliklə, cari ilin I yarısında çıxarılan kapitalın həcmi 19,7% artıb.
Eyni zamanda cari ilin birinci rübündə çıxarılan kapitalın həcmi $603,4 mln., ikinci rübdə - $1 mlrd. 109,6 mln. təşkil edib.
AMB qeyd edir ki, bu dövrdə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə $190 mln. məbləğində ödəniş ediblər.
2017-ci ildə Azərbaycandan $2 mlrd. 820,5 mln. məbləğində kapital çıxarılıb. **
A.Əzizov