İstismar olunduğu dövr ərzində “Azerspace-1” peykinin kommersiya fəaliyyətindən “Azərkosmos” ASC-nin gəlirləri $261 mln. 17 min 648,21 təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesabalama Palatasından məlumat verilir.
“1 yanvar 2018-ci il tarixində orbitə buraxıldığı vaxtdan “Azerspace-1” peykinin kommersiya istismarından “Azərkosmos”un gəlirləri $68 mln. 648 min 118,21 təşkil edib. Cari il yanvarın 1-nə satış həcmi olduğu və hazırki orta satış qiyməti halında, peykin istismar müddətinin başa çatacağı zaman “Azərkosmos” peykin fəaliyyətindən daha $106 mln. 286,4 min məbləğində gəlir əldə edəcək”, - Palatadan qeyd ediblər.
Məlumata əsasən, “Azerspace-1” peykinin xidmətlərinin göstərilməsindən formalaşan “Azərkosmos”un $86 mln. 83,13 min məbləğində debitor borcları nəzərə alınmaqla, peykin 15 il ərzində istismar dövrü ərzində gəlirlərinin ümumi məbləği $261 mln. 17 min 648,21 təşkil edəcək.
2018-ci ilin əvvəlinə lizinqə verilən 39,5% daxil olmaqla, peykin həcminin 75%-i satılıb.
Bununla əlaqədar, 1 yanvar 2018-ci il tarixinə “Azerspace-1” peykinin reallaşdırılmayan resurslarından “Azərkosmos”un əldən verilmiş mənfəəti $8 mln. 553,6 min həcmində qiymətləndirilir. “Bu vəziyyət şirkətin satış sahəsində fəaliyyətinin əsaslı gücləndirilməsini tələb edir”, - Palatadan qeyd olunub.
Öncə məlumat verilib ki, ötən il Azerspace-1” peykinin kommersiya istismarından “Azərkosmos” ASC-nin gəlirləri $14 mln. təşkil edib. **
N.Abbasova