2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatının həcmi 25 mln. 795 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-avqust aylarında neft hasilatı 25 mln. 795 min ton (artım 0,9%), o cümlədən əmtəə qazının hasilatı 25 mln. 760,6 min ton (artım 0,9%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə Azərbaycanda 19 mlrd. 542,4 mln. kubmetr qaz hasil olunub (2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 4,6%). Bununla belə, hesabat dövründə əmtəə qazının hasilatı 12 mlrd. 117,1 mln. kubmetr (artım 0,5%) təşkil edib.
2017-ci ildə respublikada 38 mln. 688,9 min ton neft, 28 mlrd. 597,5 mln. kubmetr qaz hasil olunub.
Azərbaycan hökuməti 2018-ci ildə neft hasilatını 37 mln. 534,8 min ton, qaz hasilatını 30 mlrd. 498,3 mln. ton səviyyəsində proqnozlaşdırır.**
N.Abbasova