Azərbaycan 2018-ci ilin yanvar-iyul aylarında 5 mlrd. 176,4 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $893 mln. 684,5 min (artım 12,1%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Cari ilin yanvar-iyul aylarında sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $749 mln. 714 min dəyərində 4 mlrd. 49,7 mln. kubmetr qaz ixrac edilib.
2017-ci ildə Azərbaycan 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.**
N.Abbasova